RU

Azərbaycanda toy yasa döndü, iki bacı öldü - YENİLƏNİB


Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Gender.Az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.
Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

18:43
Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.
Gender.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.
Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.
Избранный
117
50
gender.az

10Источники