RU

KİV: Sudanda üsyançılar 200 dən çox insanı etnik mənsubiyyətinə görə öldürüblər

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sudanın hərbiləşdirilmiş birləşmələri - "Sürətli Reaksiya Qüvvələri" tərəfindən Darfurun bir sıra bölgələrində törədilən etnik təmizləmələr nəticəsində 200-dən çox insan həlak olub.

"Cebheinfo.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Sudanın həkimlər şəbəkəsinin bəyanatında bildirilib.

Təşkilatdan qeyd edilib ki, Şimali Darfurun Ambro və Abu-Kamra, həmçinin Qərbi Darfurun Sirb bölgəsində mülki əhali üsyançılar tərəfindən etnik mənsubiyyətə görə məqsədli şəkildə öldürülüb.

Təşkilat hücumları beynəlxalq humanitar hüquq və insan haqları normalarının kobud pozuntusu adlandırıb.

"Anadolu" agentliyi qeyd edib ki, "Sürətli Reaksiya Qüvvələri"nin nümayəndələri hələ ki bu mövzu ilə bağlı şərh verməyiblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
2
cebheinfo.az

3Источники