RU

Medianın İnkişafı Agentliyi Səməd Seyidovun adından yayılan “deep fake” videoya münasibət bildirib

Bakı. Trend:

Bəzi sosial şəbəkə hesablarında Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri SəmədSeyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış,reallığı əks etdirməyən açıqlama yayılıb.

Medianın İnkişafı Agentliyindən Trend-ə bildirilib ki, süni intellektin köməyiilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağayönələn kobud manipulyasiya nümunəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyayainanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənininformasiya agentlikləri və digər peşəkar media subyektlərindənəldə etməyə çağırırıq.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bukimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxtavə yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyalarıilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıqolmağa səsləyirik”, - deyə Medianın İnkişafı Agentliyininməlumatında bildirilib.

Избранный
36
38
az.trend.az

10Источники