RU

Flamenqo dan 20 milyonluq təklif İtaliya klubunun cavabı nə oldu?

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Braziliyanın "Flamenqo" klubu heyətini gücləndirmək məqsədilə İtaliya "Latsio"sunun hücumçusu Tati Kastelyanos üçün rəsmi addım atıb.

Fanat.Az xəbər verir ki, Braziliya təmsilçisi 27 yaşlı argentinalı forvard üçün 20 milyon avro təklif edib.

Lakin İtaliya klubu bu təkliflə razılaşmayıb. "Latsio" rəhbərliyi, xüsusən də prezident Klaudio Lotito Kastelyanosu daha yüksək məbləğə satmağı planlaşdırır. Roma təmsilçisinin bu transfer üçün ən azı 30-35 milyon avro tələb etdiyi bildirilir. Hətta bəzi mənbələr "Latsio"nun bu rəqəmi 40 milyon avroya qədər qaldıra biləcəyini iddia edir.

Qeyd edək ki, "Latsio" Kastelyanosu 2023-cü ildə "Nyu York Siti"dən 15 milyon avroya transfer etmişdi. Bu mövsüm İtaliya A Seriyasında stabil çıxışı ilə diqqət çəkən forvardın transferi ilə bağlı danışıqların yanvar ayında daha da intensivləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
fanat.az

2Источники