RU

Rusların “qırğın günü” təsisi – Azərbaycanın adı “qara siyahıda” çəkildi

Dövlət Dumasına fevralın 12-nin Mərkəzi Asiyanın keçmiş sovet respublikalarında anti-Rusiya qırğınları qurbanlarının anım günü kimi təsis edilməsi təklifi təqdim edilib”.

Musavat.com “Svobdnaya pressa”ya istinadən xəbər verir ki, bu təşəbbüslə “Rusiya Vətəndaş Komitəsi” ictimai hərəkatının sədri, Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının üzvü Artur Şlıkov çıxış edib.

Nəşrin “bəs, Dövlət Duması SSRİ-nin dağılmasının çoxdan keçmiş günlərinin faciəsinə yönəltmək istəyəcəklərmi? Bəs belə bir anım gününə ehtiyac varmı” sualına politoloq, tarix üzrə fəlsəfə doktoru Vadim Truxaçevin cavabı belə olub: “Mən bu təklifi tam dəstəkləyirəm. Keçmiş sovet respublikalarında – Tacikistandan tutmuş Estoniyaya qədər və onların arasında hər yerdə baş verən hadisələrə hüquqi qiymət verməyin vaxtı çatıb”.

Özünü tarixçi adlandıran bu zat deyib ki, Baltikyanı ölkələr rusofobiyası ilə tanınsa da, ən az rus Estoniyadan qaçıb. “Orta Asiya və Qafqazdan qaçan rusların sayı isə sadəcə olaraq heyrətamizdir.Məsələn, Tacikistanda rusdilli əhalinin sayı 12 dəfə, Gürcüstanda 8 dəfə, Azərbaycanda 7 dəfə, Qırğızıstan və Özbəkistanda da əhəmiyyətli dərəcədə azalıb. Lakin Tacikistandakı anti-Rusiya etirazlarında ən azı 7-8 min insanın öldü, 300 mindən çox adam qaçqın düşdü .Amma ilk talan 1990-cı ilin yanvarında Azərbaycanda baş verib. Bəli, ermənilərlə başlayıb, ruslarla bitib. İndi Azərbaycanla münasibətlərimiz demək olar ki, Baltikyanı ölkələr səviyyəsinə çatdığı bir vaxtda bunu dəyərləndirməyə bizə nə mane olur, mən başa düşə bilmirəm…”

На

Onun iddiasına görə, Gürcüstanda ruslara qarşı qanlı hadisələr olmayıb, amma orada da rus əhali 8 dəfə azalıb. “Baxmayaraq ki, biz və gürcülər eyni xristian inancına – pravoslavlığa etiqad edirik. Ermənistanda da əhalinin sayı xeyli azalıb. Ancaq orada ruslar az idi. Ən dəhşətli hadisə Tacikistanda baş verib. Özbəkistan, Qırğızıstan və Qazaxıstanın cənubunda daha az qanlı hadsisələr oldu. Amma yenə də deyirəm, o hadisələrə-bu, xüsusilə Tacikistan və Azərbaycan üçün keçərlidir- hələ də hüquqi qiymət verilməyib” deyə, o bildirib.

Nəşr Truxaçevə istinadən yazır ki, Çeçenistanda rusların başına gələnlərə lazımi hüquqi qiymət verməlidir: “Bu bizim daxili işimizdir. Amma bunu da etmək lazımdır və Ramzan Kadırov hər şeyin pis olduğunu inkar etmir”.

Bizim şərh:

SSRİ-nin dağılması ərəfəsində “qırmızı imperiyada”, xüsusilə Mərkəzi Asiya respubliklarında milli zəmində baş verən qarşıdurmalar tarxin əlbəttə ki, qara səhifələridir. Bu qırğınlar Azərbaycandan da yan keçməyib, xalqımız 20 Yanvarda birləşmiş rus-erməni terrorunun qurbanı olub, bu qırğınlar Bakıdan sonra Qarabağda da təkrarlanıb. 26 fevral Xocalıda baş verənləri bir sıra ölkələrin parlamenti XX əsrin soyqırım kimi tanıyıb.

Bu sənədi Dumaya hazırlayıb göndərən ağılını itirmiş, millətçi bir İctimai birlik deyil. Prezident yanında İnsan Haqları Şurasında təmsil olunan biridir. Bu hadisələrə indi “qayıdış edib” xüsusilə Mərkəzi Asiyada “ruslara qarşı qırğınlar” kimi əbədiləşdirmək istəyi mürəkkəb tarixi dövrdən öz mənafelərinə faydalanmaq istəyi, həm də milli ayrı-seçkilik cəhdidir.

Picture

Rusiya son dövrlər onun təsir dairəsindən uzaqlaşmağa çalışan, xüsusilə ABŞ-a və Avropa Birliyinə yaxınlaşan Mərkəzi Asiya ölkələri liderlərindən narazıdır. İndi görünür, bu cür ucuz siyasi gedişlərlə həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan açıq hədəfə alınır…

Musavat.com

Избранный
37
editor.az

1Источники