RU

Avropada hər il 800 min insan bu səbəbdən ÖLÜR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropa İttifaqında travma və zorakılıq nəticəsində baş verən hər üç ölümdən biri alkoqolla əlaqəlidir və Avropada alkoqol səbəbindən hər il təxminən 800 min insan ölür.

NOCOMMENT.az xəbər verir ki, ÜST alkoqolu “zorakılıq və aqressiyanı gücləndirən ən güclü və davamlı amillərdən biri” kimi qiymətləndirir.

Təşkilat vurğulayır ki, spirtli içkilərin istehlakı cəmiyyətdə təhlükəsizlik risklərini artırır və sosial problemləri dərinləşdirir.

Məlumatda qeyd olunur ki, Rusiyada isə 2025-ci ilin noyabr ayında adambaşına düşən alkoqol istehlakı 7,63 litr təşkil edib. Bu göstərici 1997–1998-ci illərin minimum səviyyəsinə yaxınlaşıb. Vahid idarələrarası informasiya-statistika sisteminin məlumatına əsasən, ölkədə alkoqol istehlakı artıq səkkiz aydır ki, ardıcıl şəkildə azalır.

Избранный
56
nocomment.az

1Источники