Radikal solçu siyasətçilər qanunsuz immiqrasiyaya göz yumurlar deyə, Amerika Birləşmiş Ştatları təkpartiyalı dövlətə çevrilə və demokratiyanı itirə bilər.
NOCOMMENT.az bildirir ki, bu fikir iş adamı İlon Mask tərəfindən ifadə olunub.
Milyarder özünün X səhifəsində yazıb: “Radikal solçular uzun müddətdir ki, seçkilərdə qalib gəlmək və Amerikanı təkpartiyalı dövlətə çevirmək, əsl demokratiyanı məhv etmək üçün çox sayda qanunsuz (bəzi hallarda qanuni) immiqrantı ölkəyə gətirmək və saxlamaq üçün saxta hökumət proqramlarından istifadə edirlər. Buna nə qədər çox baxsanız, vergi pullarınızın hara getdiyini və bu proses dayandırılmasa, səsinizin əhəmiyyətsiz olacağını bir o qədər dəhşətə gəlirsiniz”.
Mask eyni vəziyyətin “Avropa, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada inkişaf etdiyinə” inanır.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu dəfələrlə bildirib və daha sərt immiqrasiya siyasətinin tərəfdarı olub. Andiçmədən sonra Amerika lideri ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Tramp Amerika tarixində qanunsuz immiqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib. Trampın siyasi rəqibləri onun administrasiyasını miqrantlara qarşı həddindən artıq sərt tədbirlər görməkdə ittiham edirlər.