RU

Polis əməkdaşları tərəfindən gecə saatlarında fasiləsiz xidmət təşkil edilib

Bakı. Trend:

Hazırda ölkənin qərb bölgəsində və dağlıq ərazilərdə müşahidəolunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşlarıgücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol hərəkətinintəhlükəsizliyinin təmin olunması, sürücülərə və piyadalara köməklikgöstərilməsi məqsədilə polis əməkdaşları xidmətlərini fasiləsizşəkildə həyata keçirirlər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

“Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olanhər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindənlazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgətəşkil edilən fasiləsiz xidmət davam etdirilir”, - məlumatda qeydedilib.

Избранный
59
7
az.trend.az

10Источники