RU

Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı

Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, turun ən məhsuldar qarşılaşmasında Nigeriya millisi Tunis üzərində 3:2 hesablı qələbə qazanıb. Nigeriyalı futbolçular oyuna üstün başlayaraq üç qolla vacib üstünlük əldə ediblər.

Oyunda hesab 44-cü dəqiqədə "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin qolu ilə açılıb. Ardınca 50-ci dəqiqədə "Beşiktaş"ın futbolçusu Vilfred Ndidi fərqlənərək Nigeriyanın üstünlüyünü artırıb. 67-ci dəqiqədə Ademola Lukman üçüncü qolu vuraraq fərqi iki topa çatdırıb.

Tunis millisi də təslim olmayıb. 74-cü dəqiqədə Montassar Talbi fərqi azaldıb. 87-ci dəqiqədə isə Əli Abdi penaltidən dəqiq zərbə ilə fərqi minimuma endirib.

Digər matçlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

Mərakeş – Mali – 1:1

Benin – Botsvana – 1:0

Seneqal – DR Konqo – 1:1

Uqanda – Tanzaniya – 1:1

İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib

ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB

Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"

Mateuş Koxalski: “Çox əsəbiyəm”

“Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”

Избранный
49
1
apasport.az

2Источники