RU

Paşinyan Araz çayının hüquqlarını ANKARAYA VERDİ

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Araz çayının su ehtiyatlarının bir hissəsini Türkiyəyə ödənişsiz verməyə razılaşdığı iddia edilir.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyəin “Evrensel” portalı çıxış edib.

İki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək məqsədilə imzalanması planlaşdırılan müqavilə ilə Türkiyəyə Ermənistanın ən böyük çayı üzərində bir neçə su anbarı və hidroelektrik stansiya qurmaq hüququ veriləcəyi bildirilir.

Mümkün müqaviləyə görə, Türkiyə Araz çayını, yəni uzunluğu 1072 km və sahəsi təxminən 102 min kvadrat kilometr olan qədim çayı demək olar ki, sərhədsiz şəkildə istifadə edə biləcək.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, Araksavan və Burastan bölgələri arasında çayın əvvəlki yatağına qaytarılması üçün inşa olunması nəzərdə tutulan tək bir su anbarının qiyməti 1 milyon dollar təşkil edəcək.

Избранный
79
publika.az

1Источники