Bakı. Trend:
"Qalatasaray"ın futbolçusu Berkan Kutlu yanvar ayında komandadanayrılacaq.
Trend xəbər verir ki,türkiyəli yarımmüdafiəçisi iki klubun diqqət mərkəzindədir. Bubarədə "Fanatik" nəşri məlumat yayıb.
"Konyaspor" artıq Berkanla danışıqlara başlayıb. "Ağ-yaşıllar"27 yaşlı oyunçuya 2,5 illik müqavilə və illik 400 min avro maaştəklif edib. Təcrübəli futbolçu ilə "Trabzonspor" damaraqlanır.
Qeyd edək ki, "Qalatasaray" Berkan Kutlunu 2021-ci ilin yayında"Alanyaspor"dan 4 milyon avroya transfer edib. Türkiyə millisininsabiq üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydanaçıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi edib.