BAKI, 28 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş dekabrın 28-də baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti Ağ Evin məlumatına istinadən xəbər yayıb.
Yenilənmiş cədvəl: Bakı vaxtı ilə saat 22:00-da ABŞ və Ukrayna prezidentləri ikitərəfli görüşdə iştirak edəcək.
Görüş ABŞ Florida ştatının Palm Biç şəhərində keçiriləcək.
Qeyd edək k, bundan əvvəl ikitərəfli görüş yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacağı bildirilmişdi.