RU

Paris metrosunda sərnişinlərə bıçaqla hücum edən şəxs psixiatrik müalicəyə göndərilib

Fransa hakimiyyəti Paris metrosunda üç qadına bıçaqla hücum edən Mali əsilli şəxsi psixiatrik müalicəyə göndərib.

"Far.Az"un "Le Parisien" qəzetinə istinadən məlumatına görə, insident 26 dekabrda paytaxt metropoliteninin 3-cü xəttində baş verib.

Hücum nəticəsində üç qadın xəsarət alıb, onlardan biri hamilə olub. Hamısına tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

Şübhəli şəxs videomüşahidə kameraları vasitəsilə müəyyən edilib. O, Parisin Sarsel (Val-d"Oaz departamenti) qəsəbəsində saxlanılıb, lakin sonradan həbsdən azad edilərək məcburi psixiatrik müalicəyə yönləndirilib.

Polisin məlumatına görə, 25 yaşlı kişi daha əvvəl xırda oğurluqlar və narkotik təsiri altında əmlaka ziyan vurma halları ilə bağlı məsuliyyətə cəlb olunub. Bundan əlavə, ona əvvəllər Fransa ərazisini tərk etmək göstərişi verilib.

Избранный
86
far.az

1Источники