“Real”ın rəhbərliyi 30 yaşlı sol cinah müdafiəçisi Ferlan Mendinin komandanın tələblərinə cavab vermədiyini düşünür.
Publika.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, klub fransız futbolçunun komandadan ayrılmasını istəyir. Lakin daha əvvəl Madrid təmsilçisi Mendinin müqaviləsini 2027 və ya 2028-ci ilə qədər uzadıb. Bu uzadılma rəsmi şəkildə açıqlanmasa da, futbolçu hazırda klubunu dəyişmək niyyətində deyil.
Bu mövsüm fransız müdafiəçi cəmi bir oyunda meydana çıxıb. O, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”a qarşı matçda 90 dəqiqə oynayıb. Mövsüm ərzində məhsuldar göstəricilərlə yadda qalmayıb.