ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası Rusiya ilə dialoqa zidd deyil, lakin Moskva Vaşinqtonu hərəkətlərinə görə mühakimə edəcək.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a verdiyi müsahibədə bildirib.
"Strategiyaya daxil edilmiş bəzi ideyalar Rusiya-Amerika dialoqunun inkişafına zidd deyil. Lakin biz ABŞ-ın beynəlxalq səhnədəki hərəkətlərinin təhlili əsasında nəticələr çıxaracağıq", - deyə o bildirib.
Müsahibə zamanı Lavrov həmçinin qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə müharibəyə hazırlıq planları barədə açıqdır və Brüssel Ukraynada sülhün əsas maneəsinə çevrilib. O əlavə edib ki, Aİ bu yaxınlarda dondurulmuş Rusiya aktivlərinin Ukraynaya köçürülməsi qərarını irəli sürməyə çalışıb, lakin "bu, nəticə verməyib".