Avropa liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabrın 28-də Floridada keçiriləcək görüşdən sonra Ukrayna məsələsinə dair əlavə bir görüş keçirməyi planlaşdırırlar.
Publika.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində paylaşım edib.
“Görüşdən sonra müzakirələri davam etdirəcəyik”, – deyə Tusk yazıb.
O, həmçinin bildirib ki, bu gün baş tutan telefon danışıqları zamanı Avropa liderləri sülh yolu ilə nizamlanmada əsas məsələnin Kiyev üçün təhlükəsizlik zəmanətləri olacağı qənaətinə gəliblər.