RU

"Aston Villa" ardıcıl 11-ci qələbəsini qazanıb

Ajans.az xəbər verir ki, qalib komandanın bütün qollarını Ollie Uatkins vurub (63 və 84-cü dəqiqələr), məğlub tərəfdən isə Joao Pedro fərqlənib (37-ci dəqiqə). "Aston Villa" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini əldə edib. Birminqem təmsilçisi İngiltərə çempionatında 8, Avropa Liqasında isə 3 oyun qazanıb. Turnir cədvəlində "Aston Villa" 39 xalla 3-cü yerdə qərarlaşıb. "Çelsi" isə 29 xalla 5-ci pillədədir.

Növbəti turda "Aston Villa" səfərdə çempionatın lideri "Arsenal"la (42 xal) qarşılaşacaq, "Çelsi" isə "Bournemouth"u qəbul edəcək. Hər iki oyun 30 dekabrda keçiriləcək.

Избранный
21
4
Ajans.az

6Источники