RU

Çində kəndlərin birində yeni qaydalar: Yerli olmayan şəxslərlə münasibətlərə görə CƏRİMƏ

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Çinin cənub-qərbindəki Yunnan əyalətində yerli kənd komitəsinin mübahisəli "Kənd qaydaları"nı dərc etməsindən sonra qalmaqal yaranıb.

Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Sənədə əsasən, sakinlər digər əyalətlərdən olan insanlarla rəsmi və ya qeyri-rəsmi münasibətlərə görə cərimə ödəməlidirlər.

Qərar əsasən cərimələr aşağıdakı kimidir: Evlənməyə görə 1 500 yuan (təxminən 210 dollar), nikahdankənar hamiləliyə görə 3 000 yuan (təxminən 425 dollar), birlikdə yaşayan subay cütlüklər üçün ildə 500 yuan (təxminən 70 dollar).

Qaydalara, həmçinin evlilikdən sonra erkən (10 aydan tez) uşaq dünyaya gətirməyə, kənd rəsmilərini ailə mübahisələrinə cəlb etməyə və hətta digər kəndlərdə şayiələr yaymağa və ya sərxoş vəziyyətdə zorakı davranmağa görə cəzalar da daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
2
moderator.az

3Источники