“Rusiya Tayvanın müstəqilliyinə istənilən formada qarşı çıxır; o, Çinin ayrılmaz hissəsidir”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə verdiyi müsahibədə bildirib.
O vurğulayıb ki, "Rusiyanın Tayvan məsələsindəki fundamental mövqeyi hamıya məlumdur, dəyişməzdir və ən yüksək səviyyədə dəfələrlə təsdiqlənib:
“Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır və adanın istənilən formada müstəqilliyinə qarşıdır”.