RU

Goranboyda ər və arvad dəm qazından zəhərləndi

Goranboyda ər və arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.

"Unikal"ın  məlumatına görə, hadisə hadisə rayonun Şahməmmədli kəndində  baş verib. Kənd sakinləri 1975-ci il təvəllüdlü A.Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü A.Qəribova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilib, hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
53
9
unikal.az

10Источники