RU

Lavrov: Avropa Yaxın Şərqdə gərginliyi artırmağa çalışır

BAKI, 28 dekabr. TELEQRAF

"Avropa ölkələri Yaxın Şərqdə sabitliyin əldə olunmasında maraqlı deyillər və əksinə, bölgədə gərginliyi artırmağa çalışırlar".

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bəzi ölkələr regionda yeni “bölücü xətlər” çəkmək istəyir, çünki Yaxın Şərq dövlətləri arasında möhkəm qonşuluq münasibətlərinin formalaşması onların maraqlarına uyğun deyil.

Nazir xatırladıb ki, ötən il İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatlar və ABŞ-nin dəstəyi ilə İranın nüvə obyektlərinə endirilən zərbələr beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, Rusiya bu addımları qəti şəkildə pisləyib və İsrail rəsmilərinin gələcəkdə də gücdən istifadə etməklə bağlı açıqlamaları ciddi narahatlıq doğurur.

Избранный
40
teleqraf.com

1Источники