ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşü daha erkən vaxta keçirilib.
KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Amerika liderinin iş qrafikində qeyd olunub.
Yenilənmiş versiyaya əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da) Palm-Biçdə baş tutacaq. Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqo malikanəsi məhz bu kurortun yaxınlığında yerləşir. Tədbirlə bağlı digər təfərrüatlar verilmir.