RU

Bu ölkə ilk nüvə reaktorunu istismara verməyə hazırlaşır

Ekvador hökuməti növbəti on il ərzində ölkənin ilk nüvə reaktorunu istismara verməyi hədəfləyir.

Publika.az xəbər verir ki, bu barədə Ekvadorun Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, ölkədə nüvə proqramına nəzarət etmək məqsədilə xüsusi bir qurum yaradılacaq. Bu qurum nüvə proqramında iştirak edən bütün dövlət strukturlarını bir araya gətirən qurumlararası koordinasiya platforması kimi fəaliyyət göstərəcək və Ekvadorun ilk nüvə reaktoru olan RNE1-in təxminən növbəti on il ərzində istismara verilməsinədək prosesə texniki rəhbərlik edəcək.

Избранный
49
3
publika.az

4Источники