RU

General Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

Ukraynanın qələbəsini təmin etmək üçün biz Rusiya təcavüzkarının iqtisadiyyatını sarsıtmağa diqqət yetirməliyik.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib.

“Düşünürəm ki, Ukraynanın qələbə nəzəriyyəsi Rusiyanın neft və qaz infrastrukturunun məhv edilməsində, neft və qaz ixrac etmək imkanlarının pozulmasındadır. Ukrayna Rusiyanı belə məğlub edə bilər”, – deyə o bildirib.

O vurğulayıb ki, Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, hücumlarını maliyyələşdirə bilməyəcək. Bundan əlavə, neft və qaz sektoruna hücumlar Rusiyanın daxili bazarında, xüsusən də hərbi sektorda müəyyən yanacaq çatışmazlığı yaradacaq.

Избранный
63
7
konkret.az

8Источники