Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ər və arvadı ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 1975-ci il təvəllüdlü Aqşin Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Qəribovaya dəm qazından zəhərlənmə diaqnozu qoyulub.
Dərhal hər iki şəxsə tibbi yardım göstərilib, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, ər-arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта