RU

Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb

Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üçün səsvermə başlayıb.Bu barədə yerli media məlumat yayıb.

Ölkədə təxminən 2,4 milyon insanın səs vermək hüququ var və onlar prezidenti, parlament üzvlərini və yerli özünüidarəetmə orqanlarının nümayəndələrini seçəcəklər.

Ölkə üzrə 6700 seçki məntəqəsi təşkil olunub və yerli vaxtla səhər saat 6:00-dan 18:00-dək açıq olacaq.

Prezidentlik uğrunda yeddi nəfər, o cümlədən 2016 və 2020-ci illərdə seçkilərdə qalib gələn hazırkı prezident Faustin-Arkanj Touadera mübarizə aparır.

Избранный
24
3
anews.az

4Источники