RU

Tramp və Zelenskinin görüş vaxtı dəyişdirildi

ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə planlaşdırılan görüşü daha erkən vaxta keçirilib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Amerika liderinin iş qrafikində qeyd olunub.

Yenilənmiş versiyaya əsasən, görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00-da) Palm-Biçdə baş tutacaq. Trampın şəxsi iqamətgahı olan Mar-a-Laqo malikanəsi məhz bu kurortun yaxınlığında yerləşir. Tədbirlə bağlı digər təfərrüatlar verilməyib.

Избранный
25
7
qaziler.az

10Источники