RU

PSJ “Real”ın transfer arzusuna son qoyur

Fransanın PSJ komandasının yarımmüdafiəçisi Vitinyanın Madrid “Real”ına mümkün transferi baş tutmayacaq və Fransa klubu futbolçunu buraxmaqdan qəti şəkildə imtina edir.

İdman.Biz xəbər verir ki, son həftələr mətbuatda portuqaliyalı yarımmüdafiəçinin “Real”a keçidi fəal şəkildə müzakirə olunsa da, jurnalist Xorxe Pikonun məlumatına görə, PSJ rəhbərliyi 25 yaşlı oyunçunu satılmayan fiqur hesab edir və onun transferini mümkünsüz sayır.

Madrid təmsilçisində Vitinya orta xətti gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirilirdi. Lakin parislilərin sərt mövqeyi fonunda “Real” artıq digər alternativlərə yönəlməyə məcbur qalacaq.

Transfermarkt portalı Vitinyanın bazar dəyərini 110 milyon avro (təxminən 203,5 milyon AZN) olaraq qiymətləndirir. Qeyd edək ki, yarımmüdafiəçi sentyabr ayında “Qızıl top” səsverməsində üçüncü yeri tutub və yalnız Usman Dembele ilə Lamin Yamaldan geri qalıb.

İdman.Biz
Избранный
71
1
idman.biz

2Источники