RU

Avropa liderləri Tramp-Zelenski danışıqlarından sonra görüş keçirəcəklər



Avropa liderləri ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında Floridada keçiriləcək görüşdən sonra Ukrayna ilə bağlı daha bir görüş keçirəcəklər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

Tusk bildirib ki, telefon danışıqları zamanı Avropa liderləri Ukrayna probleminin sülh yolu ilə həllin əsas məsələsinin Kiyev üçün təhlükəsizlik zəmanətləri olacağı qənaətinə gəliblər.

Ağ Evin açıqladığı cədvələ əsasən, Tramp Zelenski ilə 28 dekabrda yerli vaxtla saat 15:00-da Florida ştatının Palm Biç şəhərində görüşəcək. Trampın həftəsonlarını keçirdiyi şəxsi iqamətgahı olan Mar-a-Laqo kurortun yaxınlığında yerləşir.

Cavid
Избранный
15
4
newscenter.az

3Источники