RU

Zelenskinin Vaşinqton səfəri Trampın mövqeyinə təsir edə bilər



"Ukrayna prezidenti V. Zelenski D. Trampla danışıqlar aparmaq üçün ABŞ gədəcək. Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını özündə ehtiva edən 20 bəndlik sənədin müzakirəsi davam edəcək. Xüsusilə, Rusiyanın bununla bağlı yeni təklifləri var. Görünür, yeni təkliflər də müzakirə olunacaq. Əsas proses isə, razılaşdırılmış sənədin V. Putin tərəfindən qəbul edilməsinə nail olunmasıdır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu danışıqlar prosesi Ukrayna üçün xüsusi siyasi əhəmiyyət kəsb edir:

"Çünki, ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsi labüddür. Qeyd edim ki, ötən gün Kiyevə Rusiyanın kütləvi hücumu Vaşinqton danışıqlarında V.. Zelenskinin mövqeyini gücləndirəcək. V. Putin məhz bununla mesaj verir ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. Həmçinin D. Trampa göstərmək istəyir ki, güclüyəm və müharibəni davam etdirəcəm. Amma, proseslər Rusiyanın əleyhinə işləyəcək. Bu görüşdə prinsipial razılaşmalar mümkün görünür".

Süleyman
Избранный
13
1
newscenter.az

2Источники