Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb.
APA-nın yerli müxbiri xəbər verir ki, axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.