Ağ Evin mətbuat xidməti ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridada bu gün keçiriləcək görüşün tarıxının dəyişdıyını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, liderlər arasında ikitərəfli görüş əvvəllər çərşənbə axşamı Bakı vaxtı ilə saat 1:00-a planlaşdırılırdı, lakin indi yerli vaxtla saat 13:00-a və ya Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.
Bu, o deməkdir ki, Tramp və Zelenski arasında görüş əvvəlcədən planlaşdırılandan iki saat tez başlayacaq.
Zelenskinin artıq ABŞ-yə getdiyi bildirilir.
Onun sözlərinə görə, Ukraynanı Floridadakı danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, iqtisadiyyat naziri Oleksiy Sobolev, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Prezident Aparatı rəhbərinin müşaviri Aleksandr Bevz və xarici işlər nazirinin birinci müavini Sergey Kıslıy da təmsil edəcək.