RU

Sabah iki legionerlə vidalaşmağa yaxındır Dambrauskasın planlarına daxil deyillər

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Sabah"ı qış çempionluğuna daşıyan Valdas Dambrauskas iki legionerlə bağlı mövqeyini rəhbərliyə çatdırıb. Litvalı mütəxəssis müdafiəçi Boyan Letiç və hücumçu Neqoş Kupusoviçin onun planlarında yer almadığını deyib. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, klubun idarəçiləri qış fasiləsində hər iki futbolçu ilə durumu müzakirə etməlidir. Müqaviləsi olan hər iki futbolçuya əməkdaşlığın qarşılıqlı şəkildə dayandırılması təklif olunacaq. 

Futbolçuların özləri də yaranmış situasiyanı yaxşı anlayırlar. Letiç "Sabah"da ən yaxşı vaxtlarını Murad Musayevin dönəmində keçirib. Kupusoviç isə gəldiyi vaxtdan bəri xüsusi parlaq oyunu ilə seçilməyib. Hər iki futbolçu Dambrauskasa qədər artıq komandada olublar. Vəziyyət belədir ki, heç biri indiki hazırlıq səviyyəsinə görə litvalı məşqçinin tələblərinə cavab vermir. Ona görə də, xeyli vaxtdır oyun praktikasına malik deyillər.

Qeyd edək ki, "Sabah" bu iki legionerə görə artıq rüsum ödəməmək üçün onların adlarını sifariş vərəqəsinə daxil etməyib. 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
2
sportal.az

3Источники