RU

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində təntənəli tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, 2025-ci ilin yekunlarına həsr olunan tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, İcmanın tanınmış alimləri, jurnalistlər, şairlər, veteranlar və kənd icma sədrləri iştirak ediblər.

Tədbirdə Amasiya rayon icmasının sədri akademik Abel Məhərrəmov geniş məruzə ilə çıxış edib. O, icmanın il ərazində gördüyü işlər barədə məlumat verib. 

Daha sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, əməkdar jurnalistlər Səyyad Ağbabalı, Hümbət Musayev, professorlar Avtandil Ağbabalı, Aslan Bayramov, veteran jurnalist  Əsgər Əsgərov və digərləri çıxış ediblər.
 

Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında tarixi və misilsiz xidmətləri haqqında geniş məlumat veriblər. Çıxış edənlər Prezident İlham Əliyevə Qərbi Azərbaycan İcmasına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ölkəmizin müstəqilliyi və inkişafı istiqamətində apardığı siyasətdə cənab Prezidentə uğurlar arzulayıblar.


Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Şəmsi Qoca və İmran Güllübulaqlı qələmə aldıqları şeirləri səsləndiriblər.  

Sonda isə tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.







Bizim.Media

Избранный
71
4
bizim.media

5Источники