RU

Astanada yanğın: Binanın yuxarı mərtəbələri alov içində qalıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 28 dekabr, AZƏRTAC

Astana şəhərində üçmərtəbəli binada yanğın baş verib.

AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlər gələnə qədər yanğın ikinci və üçüncü mərtəbələri əhatə edib, dam isə qismən uçub.

Hadisə yerində yanğınsöndürmə qərargahı yaradılıb, 100 nəfərlik heyət və 24 texnika cəlb olunub.

Yanğınsöndürənlərin çevik və peşəkar hərəkətləri yanğının yayılmasının qarşısını almağa və hadisənin nəticələrini minimuma endirməyə imkan verib.

112-yə zərərçəkmişlər haqqında heç bir məlumat daxil olmayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
1
azertag.az

3Источники