Tbilisi, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.
Verilişdə AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov jurnalist Azər Məmmədovun Azərbaycanın dünyada artan nüfuzu, Azərbaycan-Türkiyə münasibətləri, eləcə də iki ölkə arasında müdafiə sahəsində imzalanmış son müqavilənin əhəmiyyəti ilə bağlı suallarını cavablandırıb, fikirlərini bölüşüb.
Xətsyi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi