RU

Paşinyandan qeyri-adi paylaşım: Zərb alətlərində ifa etdi

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında zərb alətlərində ifa etdiyi video yayımlayıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bildirib ki, ifa etdiyi musiqi kompozisiyası onun öz şeirləri əsasında hazırlanıb. Baş nazirin sözlərinə görə, “Real Ermənistan – Ermənistan Respublikası” adlı şeiri musiqi formasını alıb.

Məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının fəallarının görüşü İrəvan yaxınlığında yerləşən restoran kompleksində keçirilib və video da, böyük ehtimalla, məhz həmin tədbir zamanı lentə alınıb.

Paşinyan bu barədə Telegram kanalında paylaşım edib.

Избранный
54
1
nocomment.az

2Источники