RU

“Barselona” “Siti”nin müdafiəçisini hədəfə aldı

“Mançester Siti”nin və Niderland millisinin müdafiəçisi Natan Ake karyerasını “Barselona”da davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barsa” 30 yaşlı niderlandlı futbolçunu yarım mövsümlük icarəyə götürmək və müqaviləyə satınalma opsiyası daxil etmək istəyir. “Mançester Siti” isə Akeni yalnız tam transfer və ya mübadilə şərti ilə buraxmağa hazırdır. Futbolçunun özü klublar razılığa gələrsə, “Barselona”ya keçməyə müsbət yanaşır.

Избранный
53
4
publika.az

5Источники