RU

Kurban Berdıyevin güvənmədiyi yarımmüdafiəçi karyerasını Kəpəz də davam etdirəcək

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Mövsümün ikinci yarısı üçün heyəti gücləndirmək istəyən "Kəpəz" artıq bir futbolçu ilə ortaq məxrəcə gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, "sarı-göylər" "Turan Tovuz"un yarımmüdafiəçisi Veysəl Rzayevlə danışırları yekunlaşdırıblar. "Boz qurdlar"ın 77 nömrəsi yanvardan sonra Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə "Turan Tovuz"un heyətində cəmi 307 dəqiqə meydanda olub. Yarımmüdafiəçi Premyer Liqada 127, ölkə kubokunda 180 dəqiqə forma geyinib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
icma.az

2Источники