Rusiyanın "Zenit" klubunun və Braziliya millisinin futbolçusu Nino karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Moderator.az məşhur jurnalist Pablo Oliveyraya istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə "Qalatasaray" maraqlanır.
"Cim-Bom" qış transfer pəncərəsində braziliyalı oyunçunu heyətinə qatmağa çalışacaq.
Nino Yunanıstanın "Olimpiakos", eləcə də vətəninin "Kruzeyro", "Fluminense" və "Palmeyras" komandalarının da hədəfindədir.
Qeyd edək ki, Nino "Zenit"ə 2024-cü ilin qışında "Fluminense"dən keçib. O, bu müddət ərzində Sankt-Peterburq təmsilçisinin heyətində 68 oyunda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
(Teleqraf)