Şənbə günü axşam Ukrayna Prezidenti Volodimir Zelenski Fransa, Almaniya, İtaliya və Polşa liderləri ilə telefon danışığı həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu görüş onun Mar-a-Laqo-da Trampla görüşündən əvvəl baş tutub.
Böyük Britaniyanı isə danışıqlarda milli təhlükəsizlik müşaviri Conatan Pevell təmsil edib.
Böyük Britaniya baş nazirinin kabinetində bildirilib ki, Starmerin sözügedən telefon danışığında iştirak etməsi əvvəlcədən planlaşdırılmamışdı. Pevell isə Londonu təmsil edərək belə əlaqələrdə müntəzəm iştirak edir.