“Real”da Luka Modriçin gedişindən sonra yarımmüdafiə xəttinin gücləndirilməsinin zəruriliyi açıq şəkildə qəbul olunur.
Publika.az xəbər verir ki, klub hələ ötən mövsümdə xorvatiyalını əvəzləyə biləcək kreativ yarımmüdafiəçi axtarışına çıxsa da, nəzərdən keçirilən namizədlərin heç biri rəhbərliyi tam qane etməyib.
Bahalı futbolçular klubun büdcəsinə uyğun gəlməyib, daha əlçatan gənc oyunçular isə “Real”ın tələblərinə cavab verməyib. Bu mövqe üçün Arda Gülər və Cud Bellinqem variantları da dəyərləndirilib. Lakin Güler hələ bu rola tam hazır hesab edilmir və mövqedə möhkəmlənməsi üçün zamana ehtiyacı var, Bellinqem isə daha çox hücumların sonlandırıcısı kimi ön plana çıxır.