RU

Zeynəb Xanlarovanın doğum günüdür

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün böyük sənətkarımız Zeynəb Xanlarovanın doğum günüdür. Korifey sənətkarımızın 89 yaşı  (28 dekabr 1936, Bakı) tamam olur.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib. Azərbaycanın opera müğənnisi Zeynəb Xanlarova sovet dövründə SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı (1988) adlarına layiq görülüb. Müstəqillik illərində sevimli sənətkarəmız “Şöhrət” ordeni (1996), “İstiqlal” ordeni (2006), “Heydər Əliyev" ordeni laureatı (2016) və digər ali mükafatlarla yüksək dəyərləndirilib. Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı (1985–1995) olmuş Zeynəb Xanlarova Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırışlarının (1995–2020) deputatı olub.

Böyük sənətkarımız yaradıcılığını şövqlə davam etdirir, hal-hazırda möhtəşəm Yeni il konsertinə hazırlaşır.Əfsanə sənətkarımız Zeynəb xanım Xanlarovaya sağlam ömür, yeni-yeni uğurlar arzulayırıq!

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
4
cebheinfo.az

5Источники