RU

Zibil qutuları var, amma sakinlər qapağı açıb tullantıları atmağa tənbəllik edirlər VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Xətai rayonu, Ceyhun Həsənov küçəsinin sakinləri ərazidə yaranmış antisanitar vəziyyətdən şikayətçidirlər.

Onların sözlərinə görə, bəzi vətəndaşlar məişət tullantılarını zibil qutularına atmaq əvəzinə yerə və pəncərədən ağacların üstünə atırlar. Nəticədə, ərazidə antisanitar vəziyyət yaranır.

Narazılığını Baku TV-yə bildirən süpürgəçi Yeganə Həmidova deyib ki, dəfələrlə insanlara ərazini zibilləməmələri barədə xəbərdarlıq etsə də, buna məhəl qoyulmur:

"Mənə "əcəb edirəm, bu zibilləri yığmağa məcbursunuz" deyirlər. Ətrafı yığışdırmaqdan bezmişəm".

85 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Elcan Orucov da məsələyə münasibət bildirib:

"İnsanlar zibil qutusunun qapağını açıb tullantıları içinə atmağa tənbəllik edirlər. Zibili qutunun yanında qoyub gedir, bəzən də pəncərədən aşağı atırlar. Bu zaman tullantılar ağacların budaqlarına ilişib qalır".

Ətraflı süjetdə:

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
avtosfer.az

1Источники