ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mimoza” salatı bayram süfrələrinin ən sevilən yeməklərindən biridir. Demək olar ki, hər evdar qadının bu salat üçün öz resepti var. Lakin sadə bir inqrediyent yeməyə əlavə dad və fərqli çalar qata bilər.
Lent.az bu resepti təqdim edir:
“Mimoza” salatı skumbriya ilə
İnqrediyentlər
isti hisə verilmiş skumbriya filesi - 300 qram
qaynadılmış kartof - 300 qram
qaynadılmış kök - 300 qram
4 ədəd yumurta
baş soğan - 1 ədəd
bərk pendir - 200 qram
mayonez, sirkə, duz
Hazırlanma qaydası
Kartof və kökü qaynadın, soyudun, qabığını təmizləyin və iri sürtgəcdən keçirərək ayrı-ayrı qablar qoyun. Soğanı xırda-xırda doğrayın, üzərinə sirkə əlavə edib qarışdırın və 10 dəqiqə saxlayın. Pendiri orta ölçülü sürtgəcdən keçirin.
Yumurtaları bərk qaynadın, ağ və sarısını ayırın, xırda sürtgəcdən keçirərək ayrı qablar qoyun. Skumbriya filesini xırda doğrayın, rast gəlsəniz sümükləri çıxarın. Boşqabın üzərinə kulinariya halqası yerləşdirin. Əvvəlcə kartof qatını düzün və üzərinə mayonez çəkin. Daha sonra marinad olunmuş soğanı yayın.
Qatları növbə ilə, hər qatın üzərinə mayonez çəkərək yerləşdirin: skumbriya, yumurta ağları, kök və pendir. Üzərinə yumurta sarıları səpin və istəyə görə şüyüd ilə bəzəyin.
Nuş olsun!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.