RU

İki bacının həlak olduğu qəzada yaralanan şəxslərin vəziyyəti AÇIQLANDI

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumatda qeyd olunub ki, 27.12.2025-ci il tarixində saat 17 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərdən (qadın) 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və onun bacısı, 2003-cü il təvəllüdlü Aynur Rüstəmova olublar.

Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetmədən çıxaraq Mil-Muğan kanalına düşüb. 2 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Избранный
46
1
nocomment.az

2Источники