RU

Ukraynada sülh üçün əsas məsələ budur Tusk

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa liderləri ABŞ Prezidenti Donald Trampın və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşündən sonra Ukrayna ilə bağlı daha bir iclas keçirəcəklər.

"Ölkə.az" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat verib.

“Zelenski ilə Trampın görüşündən sonra biz söhbəti davam etdirəcəyik”, - deyə Tusk X sosial şəbəkəsində yazıb.

O, həmçinin bildirib ki, ötən gün aparılan telefon danışıqları zamanı Avropa liderləri sülh yolu ilə nizamlanmada əsas məsələnin Kiyev üçün təhlükəsizlik zəmanətləri olacağı qənaətinə gəliblər.

Qeyd edək ki, bu gün Tramp və Zelenski ABŞ-ın Florida ştatında görüşəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
4
olke.az

5Источники