Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib.
NOCOMMENT.az bildirir ki, məlumatı Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov təsdiqləyib.
O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib:
“Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.
