RU

5 ukraynalı yanaraq öldü - Polşada dəhşət

Polşada baş verən ağır yol qəzası nəticəsində beşi ukraynalı olmaqla altı nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə "Onet" nəşri məlumat yayıb. Sayt Opol voyevodluğunun prokurorluğuna istinad edib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qəza bir neçə gün əvvəl baş veribmiş. Faciə Bjeq şəhəri yaxınlığındakı yol ayrıcında iki avtomobilin toqquşması nəticəsində baş verib.

Nəticədə avtomobillərdən biri yanıb. Prokurorluq ölənlər arasında bir qadın və dörd kişinin olduğunu dəqiqləşdirib. Onların hamısı Ukrayna vətəndaşı olub. Digər ölüm hadisəsi ilə bağlı ətraflı məlumat açıqlanmayıb. Hazırda qəzanın səbəbləri və şəraiti araşdırılır.

Избранный
30
1
manset.az

2Источники