''Fənərbaxça''da oktyabrın 12-dən etibarən əsas komandadan uzaqlaşdırılan İrfan Can Kahveci, eləcə də ''sarı-lacivərdlilər''ə məxsus olan, amma icarə əsasında ''Beşiktaş''da çıxış edən Cengiz Ündər ilə bağlı yeni xəbərlər var.
''Qartal'' rəhbərliyi Cengizin performansından razıdı və onun transfer şərtlərini öyrənmək üçün qarşı tərəflə əlaqə saxladıqda maraqlı bir təklif alıb. Belə ki, ''Fənər'' İrfan Can Kahveci və ya Cengiz Ündərin qarşılığında ''ağ-qaralar''dan Dəmir Ege Tıknaz və ya Mustafa Həkimoğlunu tələb edib. Yəni söhbət oyunçuların başabaş dəyişdirilməsindən gedir.
''Beşiktaş'' bu sürpriz təklifi götür-qoy etmək üçün vaxt istəyib. Rəhbərlik bu məsələni öz aralarında müzakirə etdikdən sonra baş məşqçi Sərgən Yalçının fikri öyrəniləcək. Yekun qərarı da məhz o verəcək.
İrfan Cana ''Beşiktaş''dan başqa ''Hall Siti'' də ciddi maraq göstərir. Təcrübəli futbolçunun indiki dəyəri 4,5 milyon avro, Cengiz Ündərin dəyəri isə 7 milyon avrodu.
Maraq üçün ''Fənər''in qarşı tərəfdən istədiyi 21 yaşlı Dəmir Ege Tıknazın dəyərinin 6 milyon avro, 18 yaşlı Mustafa Həkimoğlunun dəyərinin 5 milyon avro olduğunu bildirək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта